Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

MÜŞAVİRƏ KEÇİRİLİB

  15.11.2019

   Dünən Sədərək rayonunda torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq tədbirin mahiyyətindən danışıb.

   Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə dəqiq kadastr uçotu işlərinin aparılmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Ardını oxu »

HAMİLİYƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

  31.10.2019

    Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Naxçıvan Dövlət Universitetinin komitənin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Komitənin sədri Müslüm Cabbarzadə açaraq tələbələrə Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib.

   İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən bəhs edən komitə sədri hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ardını oxu »

KOMİTƏDƏ NÖVBƏTİ KOLLEGİYA İCLASI KEÇİRİLİB

  30.10.2019

   Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. İclası Komitənin sədri Müslüm Cabbarzadə açıb.

   Gündəlikdə duran məsələlərlə bağlı Komitə Aparatının rəhbəri Nurlan Fətəliyevin, Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun çıxışları dinlənilib. Slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.

Ardını oxu »

462 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB

  17.10.2019

  Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar mövsümünə hazırdır olunmuş qanun pozuntularının aradan qaldırılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi 2019-cu ilin sentyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.

   Ötən ay 15 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Ordubad və Culfa rayonlarında ailə təsərrüfatları ilə görüşlər keçirilmiş, əkin atlaslarına uyğun əkinlərin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirmə işi görülmüşdür.

Ardını oxu »