KOMİTƏNİN KOLLEKTİVİ NƏBATAT BAĞINDA OLUB
02.12.2019
Noyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Nəbatat bağını ziyarət ediblər.
Tanışlıq zamanı məlumat verilib ki, Nəbatat bağının 13,2 hektarlıq ərazisində ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri yerləşir. Həmçinin ərazidə meyvə genofondu bağı yaradılıb ki, bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, bağda tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilən istilikxana da yaradılıb. İstilikxananın 10 bölməsində muxtar respublikanın iqlim şəraitinə uyğunlaşmayan tropik, subtropik, ekvatorial və digər bitki növləri əkilib.
OKTYABR AYINDA 645 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
26.11.2019
Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi 2019-cu ilin oktyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
Ötən ay 30 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Şahbuz rayonunda planaalma işləri davam etdirilmiş, 1214 daşınmaz əmlak obyekti plana alınmışdır. Rayonun Şahbuzkənd, Daylaqlı və Sələsüz bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır.
VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR
22.11.2019
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir.
Noyabrın 21-də Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Aşağı Daşarx kəndində olub. Xidmət göstərilən kəndlə yanaşı ətraf yaşayış məntəqələrindən də səyyar xidmət qrupuna müraciətlərə baxılıb, daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 14, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 3, ümumilikdə 17 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Müraciətlərlə əlaqədar qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.
DÖVLƏT SİRRİNİN MÜHAFİZƏSİ, KADR VƏ KARGÜZARLIQ İŞİNİN TƏŞKİLİ MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
18.11.2019
Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasında Dövlət orqanları, müəssisə və təşkilatlarında dövlət sirrinin mühafizəsi, kadr və kargüzarlıq işinin təşkili mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov seminarı açaraq deyib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilir. Seminarın təşkilində əsas məqsəd muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarda dövlət sirrinin mühafizəsi, kadr işinin və kargüzarlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Çünki dövlət orqanlarında kadr və kargüzarlıq məsələləri ümumi fəaliyyətin əsasını təşkil edir.
