DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN İCRASI DİQQƏTDƏ SAXLANILIR
17.02.2020
Torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin icrası cari ilin ilk ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.
Ötən ay 18 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb, 57 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Əmlakların inventarlaşdırılması zamanı 30 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 84 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Vətəndaşların müraciəti əsasında məhdudiyyət və yüklülüyə dair 43, əmlakın olub-olmamasına dair 45 arayış verilib.
İPOTEKANIN DÖVLƏT QEYDİYYATINA ALINMASI VƏ LƏĞVİ: XİDMƏT PROSEDURLARI ELEKTRON FORMADA HƏYATA KEÇİRİLİR
05.02.2020
Muxtar respublikamızda mövcud potensialdan səmərəli istifadə ilə sənaye və kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanılır, sosial məsələlərin həlli ilə bağlı mühüm əhəmiyyətli addımlar atılır. Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, vətəndaşların yaşayış sahələrinin ipoteka yolu ilə əldə edilməsi imkanlarının genişləndirilməsi isə daşınmaz əmlak bazarında aktivliyi və daşınmaz əmlakla bağlı əməliyyatların sayını artırır.
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı onun ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır.
MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
30.01.2020
Yanvarın 30-da Babək rayonunun Zeynəddin kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda bu istiqamətdə görülmüş işlərdən danışıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Fətəliyev torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin məqsəd və vəzifələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, muxtar respublikamızda bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadənin təmin edilməsi diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi monitorinqlər aparılır.
TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ QAYDALARI ƏMƏKDAŞLARA İZAH EDİLİB
21.01.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Torpaqların elektron kadastr uçotu informasiya sistemindən istifadə qaydalarına dair təlim keçirilib.
Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri vəzifəsini icra edən Arzu Məmmədov bildirib ki, sistemin fəaliyyətini təmin edən proqram təminatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun hazırlanıb, sınaq rejimində istismar olunması üçün ayrıca serverə yüklənib.
