DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİNİN HƏLLİ DİQQƏT MƏRKƏZİNDƏDİR
19.03.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmışdır. Daxil olmuş müraciətlər əsasında 9 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanmışdır.
Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 10, hüquqların dövlət qeydiyyatına alınması üçün 19 müraciətə baxılmışdır. Məhdudiyyət və yüklülüyə dair 17, əmlakın olub-olmamasına dair 20 arayış verilmişdir.
4 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, müraciətlər qanunauyğun cavablandırılmışdır.
Torpaqların elektron uçotunun aparılması məqsədi ilə Şahbuz şəhərində planaalma işləri başa çatdırılmış, Daylaqlı və Mahmudoba kəndlərində davam etditrilmişdir.
Türkeş kəndində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul olunan müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 574