DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR
19.03.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində də vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri diqqətdə saxlanılmış, 9 fərdi yaşayış evinə, 9 mənzilə məxsus olmaqla, 18 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmışdır. Fərdi yaşayış üçün ayrılmış 13, kənd təsərrüfatı təyinatlı 7 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.
Dövlət reyestrindən 44 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 22 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. 28 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
8 şifahi müraciət daxil olmuş, müraciətlər yerində araşdırılmış və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.
Ötən ay Saltaq kəndində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq yerində vətəndaşlara təqdim olunmuşdur.
Baxılıb: 596