Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR

12.03.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində 18 fərdi yaşayış evinin, 6 mənzilin,      3 qeyri-yaşayış binasının texniki pasportu, 32 həyətyanı, 20 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Texniki sənədlərin hazırlanması zamanı 33 müayinə aktı yazılmış, 6 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunmuşdur.

41 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 78 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Danyeri kəndində monitorinqlər aparılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vətəndaşlara xəbərdarlıq edilmişdir.

15 vətəndaşın  şifahi, 2 vətəndaşın yazılı müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.

Rayonun Çərçiboğan və Aşağı Yaycı kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 32 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 858