KOLLEGİYA İCLASI ONLAYN KEÇİRİLİB
05.05.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində növbəti kollegiya iclası videokonfrans formatında keçirilib. İclası Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq 2020-ci ilin I rübü ərzində görülən işlərdən danışıb.
Qeyd olunub ki, muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası cari ilin ilk üç ayı ərzində də diqqətdə saxlanılıb, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstəricilərdə artım müşahidə edilib.
Gündəlikdə duran məsələlərlə bağlı Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin çıxışları dinlənilib. Slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumat verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq qarşıda duran vəzifələrin vaxtında icrası üçün işdə operativliyin yüksəldilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı vətəndaş məmnuniyyətinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Baxılıb: 940