Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

13.04.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2020-ci ilin I rübü ərzində də vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri diqqətdə saxlanılmış, 18 fərdi yaşayış evinə, 17 mənzilə məxsus olmaqla, 35 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmışdır. Fərdi yaşayış üçün ayrılmış 30, kənd təsərrüfatı təyinatlı 9 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 7,2% artmışdır. 

Dövlət reyestrindən 82 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 65 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. 109 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

19 şifahi, 3 yazılı müraciət daxil olmuş, müraciətlər yerində araşdırılmış və qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.

Yaycı, Saltaq və Əbrəqunus kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq yerində hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 569