Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI ƏMƏLİYYATLARIN SAYI ARTIB

DAŞINMAZ ƏMLAKLA BAĞLI ƏMƏLİYYATLARIN SAYI ARTIB

14.04.2020

2020-ci ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası diqqət mərkəzində saxlanılmışdır. 28 daşınmaz əmlak obyektinin texniki pasportu, 30 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 20,8% artmışdır.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 57 müraciət qəbul edilərək icra olunmuş, məhdudiyyət və yüklülüyə dair 59 arayış, 38 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Rüb ərzində 49 şifahi müraciət daxil olmuş, müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.

Rayonun beş yaşayış məntəqəsində səyyar xidmət göstərilmiş, mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Baxılıb: 547