“ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN 4-cü NÖMRƏSİ İŞIQ ÜZÜ GÖRÜB
19.03.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin dördüncü nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb. Bülletenin bu sayında muxtar respublikamızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərlə bağlı yazılar yer alıb. Torpaqların su təminatının yaxşılaşdırılması, qapalı suvarma şəbəkələrinin qurulması istiqamətində görülən işlərə dair materiallar yerləşdirilib.
Yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə dair qanunvericiliyin tələbləri, daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən yeniliklər bülletendə geniş işıqlandırılıb.
Muxtar respublikada torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlər, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər, göstərilən səyyar və elektron xidmətlərlə bağlı yazılar, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı statistik məlumatların təhlili verilib.
Torpaq mülkiyyətçiləri ilə keçirilən maarifləndirici görüşlər, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunan təlimlər, şəhər və rayon idarələrinin fəaliyyəti barədə məlumatlar yerləşdirilib.
Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.
Qeyd edək ki, “Əmlak” informasiya bülleteni Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və ildə iki dəfə nəşr olunur.
Baxılıb: 589