DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏRİN İCRASI DİQQƏTDƏ SAXLANILIR
28.07.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin altı ayı ərzində 69 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmışdır. 71 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.
Dövlət reyestrindən 165 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 140 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. 148 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.
Vətəndaşlardan daxil olmuş 35 şifahi, 5 yazılı müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.
Rayonun 5 yaşayış məntəqəsində səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq yerində vətəndaşlara təqdim edilmişdir.
Baxılıb: 379