VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV HƏLL EDİLİR
30.06.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən 2020-ci ilinmayayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmış, müraciət əsasında10 fərdi yaşayış evinin, 1 mənzilin texniki pasportu, 13 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir.Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilmiş,14 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunmuşdur.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 23 müraciət qəbul edilmiş, məhdudiyyət və yüklülüyə dair23 arayış verilmişdir. 39 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Daxil olmuş 11 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbi vətəndaşlara izah edilmişdir.
Rayonun Ələhi kəndində səyyar xidmət göstərilmiş, qəbul olunmuş müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində vətəndaşlara təqdim olunmuşdur.
Baxılıb: 564
