CARİ İLİN 6 AYI ƏRZİNDƏ 150 VƏTƏNDAŞA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB
25.07.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə cari ilin altı ayı ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 557 müraciət daxil olmuş və icra edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur. Müraciətlər əsasında I yarımil ərzində 63 fərdi yaşayış evinin, 20 mənzilin, 6 qeyri-yaşayış binasının, ümumilikdə 89 daşınmaz əmlak obyektinin texniki pasportu, 189 həyətyanı, 279 kənd təsərrüfatı təyinatlı olmaqla 468 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. 197 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 481 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.
Torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Danyeri, Aşağı Daşarx, Oğuzkənd, Yeni Havuş və Xətai kəndlərində monitorinqlər aparılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vətəndaşlara xəbərdarlıq edilmişdir.
94 vətəndaşın şifahi, 2 vətəndaşın yazılı müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.
Rayonun 10 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 150 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 451