DAŞINMAZ ƏMLAKLA BAĞLI ƏMƏLİYYATLARIN SAYI ARTIB
25.07.2020
2020-ci ilin I yarımili ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə mülkiyyət sənədlərinin hazırlanması üçün 363 müraciət daxil olmuşdur. Müraciətlər əsasında 210 daşınmaz əmlak obyektinin texniki pasportu, 153 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 7,4% artmışdır.
39 əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.
8 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.
Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə və onların mühafizəsi mütəmadi nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır.
Baxılıb: 453