DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINA MARAQ ARTIB
28.07.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin I yarımili ərzində 112 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanmış, 525 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 24,9% artmışdır.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 607 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 254, əmlakın olub-olmamasına dair 161 arayış verilmişdir.
Qahab, Naxışnərgiz, Payız, Gülşənabad, Güznüt, Çeşməbasar, Aşağı Buzqov, Yuxarı Buzqov və Qaraqala kəndlərində, Nehrəm və Cəhri qəsəbələrində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
Doqquz yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 425