Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

27.07.2020

2020-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası diqqət mərkəzində saxlanılmışdır. I yarımil ərzində 63 daşınmaz əmlak obyektinin texniki pasportu, 70 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 52,9% artmışdır.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 127 müraciət qəbul edilmiş, məhdudiyyət və yüklülüyə dair 111 arayış, 177 sosial arayış, 13 dublikat sənəd verilmişdir.

83 şifahi müraciət daxil olmuş, müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.

Rayonun doqquz yaşayış məntəqəsində səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Baxılıb: 424