DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB
27.07.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən cari ilin altı ayı ərzində 37 fərdi yaşayış evinə, 4 mənzilə məxsus texniki pasport hazırlanmışdır.
Plan-ölçünün hazırlanması üçün 80, hüquqların dövlət qeydiyyatına alınması üçün 112 müraciətə baxılmışdır. Məhdudiyyət və yüklülüyə dair 72, əmlakın olub-olmamasına dair 109 arayış verilmişdir. 28 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, müraciətlər qanunauyğun cavablandırılmışdır.
Rayonun 5 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər qısa zaman ərzində icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılmışdır.
Bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə və onların mühafizəsi nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır.
Baxılıb: 431