DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR
30.06.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi tərəfindən 2020-ci ilinmay ayı ərzində də daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmışdır. Daxil olmuş müraciətlər əsasında 6 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanmışdır.
Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 18, hüquqların dövlət qeydiyyatına alınması üçün 22 müraciətə baxılmışdır. Məhdudiyyət və yüklülüyə dair 12, əmlakın olub-olmamasına dair 6 arayış, 1 dublikat sənəd verilmişdir.
5 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, müraciətlər qanunauyğun cavablandırılmışdır.
Rayonun Qızıl Qışlaq kəndində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul olunan müraciətlər
əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 451