ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNƏ DİQQƏT ARTIRILIB
08.02.2021
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı, texniki sənədlərin hazırlanması cari ilin yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.
Ötən ay 6 fərdi yaşayış evinə, 2 mənzilə məxsus texniki pasport hazırlanıb, 5 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilərək 18 müayinə aktı tərtib edilib.
Hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət reyestrindən 23 çıxarış hazırlanıb, məhdudiyyət və yüklülüyə dair 41 arayış verilib.
Ay ərzində daxil olmuş müraciətlər əsasında əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Baxılıb: 359