Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI 72 TEXNİKİ SƏNƏD HAZIRLANIB

DAŞINMAZ ƏMLAKLA BAĞLI 72 TEXNİKİ SƏNƏD HAZIRLANIB

05.02.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 19 fərdi yaşayış evinin texniki pasportu hazırlanıb, 53 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 35 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Ötən ay ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar 73 müraciətə baxılıb. Məhdudiyyət və yüklülüyə dair 50 arayış hazırlanıb.

Rayonun Kültəpə və Aşağı Uzunoba kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş  müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

Baxılıb: 346