TORPAQLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ DAİR MONİTORİNQLƏRİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
08.10.2020
Muxtar respublikamızda əkin sahələrinin genişləndirilməsi, bol kənd təsərrüfatı məhsulu istehsalının təmin edilməsi məqsədilə ümumi torpaq fondundan təyinatına uyğun, səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin qorunması qarşıda duran ən ümdə vəzifədir.
Torpaqların şoranlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və aid dövlət qurumlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən torpaqların monitorinqi başa çatdırılmışdır.
Oktyabrın 7-də monitorinq komissiyasının görülmüş işlərin müzakirəsi ilə bağlı növbəti iclası keçirilmişdir. Məlumat verilmişdir ki, muxtar respublikanın bütün rayonlarında eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş, digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar mütəxəssislər tərəfindən naturada yoxlanılmış, planaalma işləri və ərazilərdən götürülmüş torpaq nümunələrinin laborator təhlilləri aparılmışdır. Komissiya üzvləri tərəfindən aparılmış araşdırmaların yekunu kimi şoranlaşmış, bataqlaşmış torpaqların yararlı vəziyyətə gətirilməsi ilə bağlı təkliflər irəli sürülmüş və müzakirələr aparılmışdır.
RAYONLARDA DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR
08.10.2020
Vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin qarşısında duran prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmış, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər 2020-ci ilin sentyabr ayında da mütəşəkkilliklə davam etdirilmişdir.
Ötən ay idarə tərəfindən 11 fərdi yaşayış evinə, 1 mənzilə məxsus, ümumilikdə 12 texniki pasport hazırlanmışdır. 26 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilmişdir. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilmiş, 21 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunmuşdur.
CULFADA DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN QEYDİYYATI DAVAM ETDİRİLİR
08.10.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsi cari ilin sentyabr ayı ərzində vətəndaş müraciətlərinin həllinə operativ yanaşmış, 9 fərdi yaşayış evinə, 5 mənzilə məxsus olmaqla, ümumilikdə 14 texniki pasport hazırlamışdır. 16 torpaq sahələrinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.
Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması diqqətdə saxlanılaraq dövlət reyestrindən 43 çıxarış hazırlanmış, məhdudiyyət və yüklülüyə dair 28 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. Əmlakının olub olmaması ilə bağlı 10 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuş, eyni zamanda 6 torpaq sahəsinə dair rəy verilmişdir.
MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İSTİQAMƏTİNDƏ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR
07.10.2020
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin sentyabr ayı ərzində mülkiyyət sənədlərinin hazırlanması ilə bağlı 117 müraciət daxil olmuş və icra edilmişdir.
Müraciətlər əsasında 24 daşınmaz əmlak obyektinin texniki pasportu, 42 həyətyanı, 51 kənd təsərrüfatı təyinatlı olmaqla, 93 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. 17 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 94 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.
18 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.