Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

12.04.2021

Cari ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 12 fərdi yaşayış evinin, 4 mənzilin texniki pasportu, 50 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb, vətəndaşlara təqdim edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayında 34,7% artım olub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 75 müraciət qəbul edilərək icra olunub, məhdudiyyət və yüklülüyə dair 54 arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Rüb ərzində daxil olmuş 5 yazılı, 7 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlər qanunauyğun cavablandırılıb.

Rayonun Güney Qışlaq, Kiçikoba, Külüs kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 355