CULFA RAYONUNDA DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR
13.04.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2021-ci ilin I rübü ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmış, 24 fərdi yaşayış evinə, 10 mənzilə məxsus olmaqla, 34 daşınmaz əmlak obyektinin texniki pasportu, 42 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 2,7% artmışdır.
Dövlət reyestrindən 90 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 139 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir.
Rüb ərzində rayonun Milax, Qızılca, Bənəniyar kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 344