Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

TORPAQLARDAN İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİ DİQQƏTDƏ SAXLANILIR

15.02.2021

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq, Şərur rayonunun 22 bələdiyyəsi və dövlət ehtiyat fondu, Babək rayonunun 12 bələdiyyəsi və qış otlağı, Culfa rayonunun 7 bələdiyyəsi, Kəngərli rayonunun 6 bələdiyyəsi və qış otlağı, Ordubad rayonunun 5 bələdiyyəsi, Sədərək rayonunun 1 bələdiyyəsi, dövlət ehtiyat fondu və qış otlağı, həmçinin Naxçıvan şəhərinin 4 bələdiyyəsi üzrə eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar xəritələşdirilmişdir.

Ardını oxu »

BƏLƏDİYYƏ ƏMLAKININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

10.02.2021

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə əmlakının idarə olunması və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri” mövzusunda seminar keçirilib.

“Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov bildirib ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına görə bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir. Qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

Ardını oxu »

ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNƏ DİQQƏT ARTIRILIB

08.02.2021

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı, texniki sənədlərin hazırlanması cari ilin yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.

Ötən ay 6 fərdi yaşayış evinə, 2 mənzilə məxsus texniki pasport hazırlanıb, 5 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilərək 18 müayinə aktı tərtib edilib.

 Hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət reyestrindən 23 çıxarış hazırlanıb, məhdudiyyət və yüklülüyə dair 41 arayış verilib.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKLA BAĞLI 72 TEXNİKİ SƏNƏD HAZIRLANIB

05.02.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 19 fərdi yaşayış evinin texniki pasportu hazırlanıb, 53 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 35 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Ötən ay ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar 73 müraciətə baxılıb. Məhdudiyyət və yüklülüyə dair 50 arayış hazırlanıb.

Ardını oxu »