DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR
19.04.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2021-ci ilin I rübü ərzində daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində 46 fərdi yaşayış evinin, 9 mənzilin, 4 qeyri-yaşayış binasının, 2 qeyri yaşayış sahəsinin ümumilikdə 61 daşınmaz əmlak obyektinin texniki pasportu, 105 həyətyanı, 93 kənd təsərrüfatı təyinatlı olmaqla 198 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 4,2% artmışdır.
Əmlakın olub-olmamasına dair 81, məhdudiyyət və yüklülüyə dair 246 arayış verilmiş, 45 vətəndaşın şifahi müraciətinə baxılmış və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.
Yengicə, Şəhriyar, Çəmənli, Arpaçay, Arbatan kəndlərinin ərazisində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər başa çatdırılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər həyata keçirilmişdir.
Altı yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 49 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 336
