Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ KƏNGƏRLİ RAYONUNDA KEÇİRİLİB

10.03.2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Kəngərli Rayonunun Yurdçu kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar - müşavirəni giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq Rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsinə və yenidən əkin dövriyyəsinə qatılması qarşıda duran başlıca vəzifədir.

Ardını oxu »

XİDMƏTİN ƏMƏKDAŞLARI SAĞLAMLIQ İMKANLARI MƏHDUD ŞƏXSLƏRİN VƏ İSTEDADLI QADINLARIN RƏSM VƏ ƏL İŞLƏRİNİN SƏRGİSİ İLƏ TANIŞ OLUBLAR

10.03.2021

9 mart 2021-ci il tarixdə  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgisi ilə tanış olublar.

Sərgidə bildirilib ki, muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Nəticədə, xüsusi isdedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır. Bu baxımdan məhdud  fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunması bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsidir.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI ARTIB

10.03.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin fevral ayı ərzində diqqətdə saxlanılıb.

İdarə tərəfindən müraciətlər əsasında 31 fərdi yaşayış evinin, 9 mənzilin, ümumilikdə 40 daşınmaz əmlak obyektinin texniki pasportu, 41 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 10 bölgü planı, 23 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.

Ardını oxu »

DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR

09.03.2021

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi cari ilin fevral ayında da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq  ötən ay Sədərək, Şərur və Kəngərli rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik planları hazırlanmışdır. Ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Culfa rayonunda bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.

Ardını oxu »