ŞAHBUZ RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB
28.04.2021
Şahbuz rayonunun Aşağı Qışlaq kəndində rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirilib.
Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq mütəxəssis məsləhətləri, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, bukletlər təqdim olunub.
Baxılıb: 292