KOLLEGİYA İCLASI KEÇİRİLİB
03.05.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində növbəti kollegiya iclası keçirilib. İclası Xidmətin rəisi Müslüm Cabbarzadə açıb.
Gündəlikdə duran məsələlərlə bağlı Xidmətin Aparat rəhbəri Ayaz Cabbarovun, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, Ümumi şöbənin müdiri Tural Cəfərovun və Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Taleh Quliyevin çıxışları dinlənilib. Görülmüş işlər barədə slaydlar vasitəsilə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadəyə və mühafizəsinə nəzarətin gücləndirilməsi, muxtar respublikanın ərazisində mövcud kanal, kollektor və drenajların əhatə etdiyi ərazilərin topoqrafik planlarının hazırlanması işlərinin davam etdirilməsi,
Xidmətin fəaliyyət istiqamətləri üzrə səyyar və elektron xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnuniyyətinin təmin edilməsi və maarifləndirmə tədbirlərinin, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Baxılıb: 332