Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR

19.04.2021

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2021-ci ilin I rübü ərzində daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində 46 fərdi yaşayış evinin, 9 mənzilin, 4 qeyri-yaşayış binasının, 2 qeyri yaşayış sahəsinin ümumilikdə 61 daşınmaz əmlak obyektinin texniki pasportu, 105 həyətyanı, 93 kənd təsərrüfatı təyinatlı olmaqla 198 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 4,2% artmışdır.

Əmlakın olub-olmamasına dair 81, məhdudiyyət və yüklülüyə dair 246 arayış verilmiş, 45 vətəndaşın şifahi müraciətinə baxılmış və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.

Yengicə, Şəhriyar, Çəmənli, Arpaçay, Arbatan kəndlərinin ərazisində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər başa çatdırılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər həyata keçirilmişdir.

Ardını oxu »

CULFA RAYONUNDA “BƏLƏDİYYƏ TORPAQLARININ İCARƏYƏ VERİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

14.04.2021

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Camaldın kəndində “Bələdiyyə torpaqlarının icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mehdi Paşayev açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov bildirib ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına görə bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir.

Ardını oxu »

CULFA RAYONUNDA DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR

13.04.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2021-ci ilin I rübü ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmış, 24 fərdi yaşayış evinə, 10 mənzilə məxsus olmaqla, 34 daşınmaz əmlak obyektinin texniki pasportu, 42 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 2,7% artmışdır.

Dövlət reyestrindən 90 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 139 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir.

Ardını oxu »

HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

12.04.2021

Cari ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 12 fərdi yaşayış evinin, 4 mənzilin texniki pasportu, 50 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb, vətəndaşlara təqdim edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayında 34,7% artım olub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 75 müraciət qəbul edilərək icra olunub, məhdudiyyət və yüklülüyə dair 54 arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Ardını oxu »