NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB
20.04.2021
2021-ci ilin I rübü ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə mülkiyyət sənədlərinin hazırlanması üçün 212 müraciət daxil olmuşdur. Müraciətlər əsasında 84 fərdi yaşayış evinin, 27 mənzilin, 1 qeyri-yaşayış sahəsinin, ümumilikdə 112 daşınmaz əmlak obyektinin texniki pasportu, 100 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 13,4% artmışdır.
30 əmlakın qiymətləndirilməsi icra edilmiş, qiymətləndirilmələrə dair hesabatlar hazırlanmışdır.
Rüb ərzində bələdiyyələrdən daxil olan 35 müraciət əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə və onların mühafizəsi mütəmadi nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır.
Baxılıb: 408
