VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV İCRA OLUNUR
10.06.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması diqqət mərkəzində saxlanılıb. Daşınmaz əmlakın qeydiyyatı və texniki inventarlaşdırılma üzrə görülən işlər may ayında da mütəşəkkil davam etdirilmiş, 53 texniki pasport hazırlanmış, 40 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur.
Bələdiyyələrdən daxil olan 12 müraciət əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş, vətəndaşların şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, qanunvericiliyin tələbləri izah olunmuşdur.
Ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır.
Baxılıb: 281