Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

06.07.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin ilk altı ayı ərzində diqqətdə saxlanılıb, texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 526 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunub.

Müraciətlər əsasında 290 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 236 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 45% artıb. Texniki sənədlərin hazırlanması zamanı 80 bölgü planı, 128 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. Bu dövrdə

73 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.

Bələdiyyələrdən daxil olan 67 müraciət əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hüquq sahiblərinin müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb. 

Baxılıb: 324