Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI 97 TEXNİKİ SƏNƏD HAZIRLANIB

DAŞINMAZ ƏMLAKLA BAĞLI 97 TEXNİKİ SƏNƏD HAZIRLANIB

16.06.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2021-ci ilin may ayı ərzində 15 fərdi yaşayış evinin, 2 mənzilin, 1 qeyri-yaşayış sahəsinin texniki pasportu, 49 həyətyanı, 30 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 30 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Ötən ay ərzində 42 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 87 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 15 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq rayon ərazisində 474,6 hektar meyvə bağı və 100,71 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.

Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Rayonun Çərçiboğan, Çomaxtur və Qarxun kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması işləri aparılıb.

Baxılıb: 498