DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV İCRA OLUNUR
16.06.2021
Daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən cari ilin may ayında da mütəşəkkil davam etdirilmiş, 18 texniki pasport hazırlanmış, 79 torpaq sahəsinin planı-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur.
Ötən dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 81 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 43, əmlakın olub olmaması ilə bağlı 22 arayış verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Babək şəhərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Baxılıb: 303