MUXTAR RESPUBLİKADA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR
07.06.2021
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin may ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmış, Xidmətin fəaliyyət sahələri üzrə işlərin icrası uğurla davam etdirilmişdir.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ay muxtar respublikanın Şərur rayonu ərazisində 474,6 hektar meyvə bağı və 100,71 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq Culfa rayonunun Əbrəqunus, Şahbuz rayonunun Qızıl Qışlaq kəndlərində ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə muxtar respublikanın aid qurumlarının birgə təşkilatçılığı və rayon icra hakimiyyəti başçılarının yerlərdəki nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə və fermer təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.
2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonu ərazisində 44750 metr kanal, 150490 metr kollektor-drenaj şəbəkəsi plana alınmışdır.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Çərçiboğan, Çomaxtur və Qarxun kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılmış, həmin kəndlərin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilmişdir. Məmmədsabir və Muğancıq Mehrab kəndlərinin ərazisində monitorinqlərə başlanmışdır. Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində aparılmış monitorinqlər nəticəsində müəyyən olunmuş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilmişdir.
Ötən ay 533 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 467 texniki sənəd hazırlanmış, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 103 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, təsərrüfat fəaliyyəti ilə əlaqədar 4 ailə təsərrüfatının icarəsinə verilmiş 0,1 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 10 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmişdir.
Baxılıb: 314