Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

KƏNGƏRLİ RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

22.06.2021

İyunun 22-də Kəngərli rayonunun Yurdçu kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından, rayonda bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.

Sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı tərəfindən daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatırılıb.

Tədbirdə ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, meyvə-tərəvəzlərin, bostan məhsullarının qurudulması və qablaşdırılması barədə təsərrüfat sahiblərinə mütəxəssis məsləhətləri verilib. 

 

Baxılıb: 295