ALTI AY ƏRZİNDƏ ŞƏRUR RAYONUNDA 516 TEXNİKİ SƏNƏD HAZIRLANIB
05.07.2021
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2021-ci ilin I yarımili ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.
İdarə tərəfindən 6 ay ərzində 101 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 238 həyətyanı, 177 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 178 müayinə aktı yazılıb, 13 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Əmlakın olub olmaması ilə bağlı 185, məhdudiyyət və yüklülüyə dair 503 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. 192 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun Yengicə, Şəhriyar, Arbatan, Çərçiboğan, Çomaxtur, Ələkli, Çəmənli, Arpaçay, Qarxun və Məmmədsabir kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.
Ötən dövr ərzində rayonun 12 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 56 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 295