Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 721 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR

ÖTƏN AY 721 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR

08.07.2021

Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması iyun ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmış, Xidmətin fəaliyyət sahələri üzrə işlər uğurla icra edilmişdir.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Kəngərli rayonu ərazisində 16380 metr kanal, 20 min 450 metr kollektor-drenaj şəbəkəsi plana alınmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq muxtar respublikanın Kəngərli rayonu ərazisində 307,4 hektar meyvə bağı, 71,5 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.

Muxtar respublikada kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına məqsədilə Sədərək rayonunun Sədərək, Ordubad rayonunun Sabirkənd kəndlərində, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar  olaraq Kəngərli rayonunun Yurdçu kəndində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Məmmədsabir və Qarxun kəndlərinin ərazisində monitorinqlər başa çatdırılmış, aşkar edilmiş qanun pozuntuları aradan qaldırılmışdır. Şərur rayonunun Muğancıq Mehrab, Siyaqut və Kəngərli rayonunun Çalxanqala kəndlərinin ərazisində monitorinqlər davam etdirilmişdir.

Ötən ay ərzində 721 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 527 texniki sənəd hazırlanmış, yeni yaranmış 31 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 119 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, təsərrüfat fəaliyyəti ilə əlaqədar 6 ailə təsərrüfatının icarəsinə verilmiş 0,62 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

Baxılıb: 285