Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ƏMƏKDAŞLARI HAMİLİK TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

29.11.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşü keçirilib.

Universitetin “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev dövlət orqanlarına hamiliyə verilən ixtisasların önəmindən söz açıb. Rektor sözügedən xidmətin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə 51, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə 9, “Geodeziya və xəritəçilik mühəndisliyi” ixtisası üzrə isə 9 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Elbrus İsayev həmçinin qeyd edib ki, hamilik tədbirlərinin nəticəsidir ki, tələbələr dərslərdə qazandığı nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanına malik olur və gələcəkdə həmin müəssisələrdə iş imkanı əldə edirlər.

Ardını oxu »

BƏHRUZ KƏNGƏRLİ MUZEYİ ZİYARƏT OLUNUB

29.11.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri noyabrın 27-də Bəhruz Kəngərli Muzeyini ziyarət edib.

Məlumat verilib ki,  Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Muzeydə 9 ekspozisiya zalı var. Buranın ümumi sahəsi 560 m²-dir. Şərq və qərb memarlıq elementlərinin sintezindən tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə bu binada yerləşən Pedaqoji Texnikumda təhsil almışdır. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır.

Ardını oxu »

CULFA RAYONUNDA TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ BARƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

26.11.2021

Noyabrın 26-da Culfa rayon ərazisində “Torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təminolunma   kartoqramlarının əhəmiyyəti” barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, “Araz” Elm-İstehsalat Birliyinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dizə kənd mərkəzində rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Mustafa Cəlilov açaraq rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.

Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti və istifadə qaydaları, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların münbitliyinin qorunması, onun artırılması yolları və təyinatına uyğun səmərəli istifadə edilməsi torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV İCRA EDİLİB

12.11.2021

Vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması, eləcə də vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi Naxçıvan  Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin qarşısında duran prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər oktyabr ayında da ardıcıl davam etdirilib.

 Aparılan məqsədyönlü tədbirlər nəticəsində ötən ay idarə tərəfindən 14 fərdi yaşayış evinə, 1 mənzilə, 1 qeyri-yaşayış sahəsinə məxsus, ümumilikdə 16 texniki pasport hazırlanıb, 28 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 19 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 43 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 33 arayış verilib.

Vətəndaşlardan daxil olmuş 10 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.

Ardını oxu »