BABƏK RAYONUNDA MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DAVAM ETDİRİLİR
09.02.2022
Torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər, habelə əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən cari ilin yanvar ayında diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 81 müraciət qəbul edilib və icra olunub. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 57, əmlakın olub olmaması ilə bağlı 33 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib.
Ötən ay idarə tərəfindən 21 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 56 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib.
Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 39 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Vətəndaşlardan daxil olmuş şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra olunub və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Rayonun Şıxmahmud kəndində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 234