ŞAHBUZ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
16.02.2022
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Daylaqlı kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov açaraq rayonda aqrar sahəyə göstərilən dövlət qayğısından və tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması barədə iştirakçılara məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Baxılıb: 267