BABƏK RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
10.02.2022
10 fevral 2022-ci il tarixdə Babək rayonunun Kültəpə kənd mərkəzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eləcə də Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Məhəmməd Seyidov açaraq Rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, meyvə və tərəvəzlərin eyni zamanda bostan məhsullarının qurudulması, qablaşdırılması və etiketlənməsi, habelə necə realizə olunması, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, yağlı bitkilərin iqtisadi səmərəsi və əhəmiyyəti, əkin zamanı yağlı bitkilərin əkin sahələrinin genişləndirilməsi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri barədə təsərrüfat sahiblərinə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 242