Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

21.01.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsinin dövlət qeydiyyatı, texniki pasport və plan ölçülərin hazırlanması il ərzində davam etdirilib, əmlak və torpaq münasibətlərinin tənzimlənməsi prioritet məsələ kimi diqqətdə saxlanılıb.

Ötən il vətəndaşların müraciətləri əsasında 176 texniki pasport hazırlanıb, 260 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək təqdim edilib. 2020-ci illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 46,8% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, ümumilikdə 248 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilib.

Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən 437 çıxarış, məhdudiyyət və yüklülüyə dair 353 arayış hazırlanıb. Əmlaka sahibliklə bağlı 124 arayış qanunvericiliyə uyğun hazırlanaraq vətəndaşlara təqdim edilib.

Vətəndaşlardan daxil olmuş 185 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

İl ərzində rayonun 22 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 56 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 240