Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI XİDMƏTLƏR MÜTƏŞƏKKİL TƏŞKİL OLUNUB

DAŞINMAZ ƏMLAKLA BAĞLI XİDMƏTLƏR MÜTƏŞƏKKİL TƏŞKİL OLUNUB

21.01.2022

Vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər ötən il ərzində mütəşəkkil davam etdirilib.

Müraciətlər əsasında 83 fərdi yaşayış evinin, 18 mənzilin, 2 qeyri-yaşayış binasının, 1 qeyri-yaşayış sahəsinin texniki pasportu hazırlanıb, 236 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əvvəlki illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 31,8 % yüksəlib.

Ötən dövr ərzində hüquqların dövlət qeydiyyatına alınması üçün 373 müraciətə baxılıb və icra edilib. Məhdudiyyət və yüklülüyə dair 281, əmlakın olub olmaması ilə bağlı 122 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.

Vətəndaşlardan daxil olmuş 57 şifahi, 7 yazılı müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

İl ərzində rayonun 12 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 45 müraciət qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 238