VƏTƏNDAŞLARA DAŞINMAZ ƏMLAKLA BAĞLI KEYFİYYƏTLİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DİQQƏTDƏ SAXLANILIR
10.02.2022
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən cari ilin yanvar ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət gücləndirilib, eləcə də bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib və vətəndaşların rahatlığının təmin edilməsi diqqət mərkəzində saxlanılaraq daxil olan müraciətlər operativ həll edilib.
Ötən ay idarə tərəfindən 13 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 14 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 20 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 26 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 16, əmlakının olub-olmaması ilə bağlı 21 arayış verilib.
Vətəndaşlardan daxil olmuş 12 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.
Səyyar xidmət qrupu tərəfindən rayonun Baş Dizə kənd yaşayış məntəqəsində vətəndaşlara səyyari xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 275