NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR CULFA RAYONUNDA FƏALİYYƏT GÖSTƏRƏN AİLƏ TƏSƏRRÜFATLARI İLƏ KEÇİRİLİB
11.02.2022
Culfa rayonunun Əbrəqunus kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı əkin atlaslarına uyğun əkinlərin aparılmasının üstünlükləri, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqlardan təyinatına uyğun səmərəli istifadə yolları və bu sahədə qanunvericiliyin tələbləri, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar tədbir iştirakçılarının diqqətinə çatırılıb.
Aid təşkilatların nümayəndələri tərəfindən ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, etiketlənməsi, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, meyvə-tərəvəzlərin qurudulması metodları və texnologiyaları ilə bağlı təsərrüfat sahiblərinə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 240