Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İL CULFA RAYONUNDA 533 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN İL CULFA RAYONUNDA 533 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

24.01.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən ötən il ərzində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri operativ icra olunub, rayon ərazisində torpaqlardan səmərəli istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması diqqətdə saxlanılıb.

Müraciətlər əsasında 194 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 212 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 36,2% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 276 müayinə aktı yazılıb, 23 bölünmə və birləşmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 533 müraciət daxil olub və icrası təmin edilib. Əmlaka sahibliklə bağlı 197, məhdudiyyət və yüklülüyə dair 506 arayış verilib. Ötən müddət ərzində əmlakın qiymətləndirilməsi ilə bağlı müraciətlər diqqətdə saxlanılıb, 44 əmlakın qiymətləndirilməsi icra edilib, müvafiq hesabatlar hazırlanıb.

İl ərzində vətəndaşlar tərəfindən daxil olmuş 56 şifahi, 5 yazılı müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq olaraq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ötən dövr ərzində rayonun 12 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 48 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 289