Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

ŞƏRUR RAYONUNDA 125 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

12.11.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin oktyabr ayı ərzində diqqətdə saxlanılıb, texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 125 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunub.

13 fərdi yaşayış evinin, 2 qeyri yaşayış sahəsinin, 1 qeyri-yaşayış binasının texniki pasportu, 64 həyətyanı, 45 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. 3 torpaq sahəsinə dair bölünmə və birləşmə planları hazırlanaraq arxiv sənədlərinə daxil edilib. Texniki sənədlərin hazırlanması zamanı 24 müayinə aktı yazılıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonunun Ərəbyengicə, Qışlaqabbas və Qarahəsənli kəndlərinin ərazisində monitorinqlər başa çatdırlaraq müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

 Vətəndaşlardan daxil olmuş 15 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Rayonun Aşağı Aralıq və Arbatan kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIR

11.11.2021

Əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması, habelə torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, eləcə də, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsi tərəfindən cari ilin oktyabr ayında da diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 56 müraciət qəbul edilib və icra olunub. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 28 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib.

Ötən ay idarə tərəfindən 30 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 17 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 18 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Vətəndaşlardan daxil olmuş şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra olunub və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİB

10.11.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən oktyabr ayı ərzində rayon ərazisində torpaqlardan səmərəli istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması diqqətdə saxlanılıb, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri operativ icra olunub.

Ötən ay 20 fərdi yaşayış evinin, 1 əmlak kompleksi kimi müəssisənin texniki pasportu hazırlanıb, 68 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 35 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 95 müraciət icra edilib, məhdudiyyət və yüklülüyə dair 57 arayış verilib.

10 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Rayonun Kərimbəyli və Nəcəfəlidizə kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.

Ardını oxu »

TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİB

10.11.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin oktyabr ayı ərzində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı və torpaq məsələləri ilə əlaqədar müraciətləri diqqətdə saxlanılıb, torpaqlardan səmərəli istifadəyə nəzarət gücləndirilib.

Ay ərzində 651 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 514 texniki sənəd hazırlanıb, yeni yaranmış 36 daşınmaz əmlak obyektinə ünvan verilib, 94 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 5 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının icrası məqsədi ilə Naxçıvan şəhərinin ərazisində 117 hektar meyvə bağı, 209 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.

Ardını oxu »