ÖTƏN İL ƏRZİNDƏ NAXÇIVAN ŞƏHƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI UĞURLA DAVAM EDİB
25.01.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən ötən il ərzində 585 daşınmaz əmlak obyektinin texniki pasportu, 462 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. 2020-ci illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 30,4% artıb.
Texniki sənədlərin hazırlanması zamanı 170 bölgü planı, 201 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. Hüquq sahiblərinin müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub. 191 əmlakın qiymətləndirilməsi icra edilib.
Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.
Baxılıb: 284