KƏNGƏRLİ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB
15.10.2021
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2021-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.
9 ay ərzində şöbə tərəfindən 71 fərdi yaşayış evinin, 3 qeyri-yaşayış binasının olmaqla, ümumilikdə 74 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 84 torpaq sahəsinin planı-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 37,4% artıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 72 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 172 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 145 arayış verilib.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB
12.10.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 2021-ci ilin 9 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb, vətəndaşların müraciətləri əsasında 56 fərdi yaşayış evinə, 13 mənzilə, 1 qeyri-yaşayış binasına, 1 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, ümumilikdə 71 daşınmaz əmlak obyektinin texniki pasport hazırlanıb.
Plan-ölçünün hazırlanması üçün 180, hüquqların dövlət qeydiyyatına alınması üçün 271 müraciətə baxılıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 21,8% artıb. Məhdudiyyət və yüklülüyə dair 211, əmlakın olub olmamasına dair 112 arayış verilib, 8 bölgü planı, 10 dublikat sənəd hazırlanıb hüquq sahiblərinə təqdim olunub.
Ötən dövr ərzində vətəndaşlardan daxil olmuş 7 yazılı, 39 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlər qanunauyğun cavablandırılıb.
103 NƏQLİYYAT İNFRASTRUKTURU OBYEKTİNDƏ ÜNVAN LÖVHƏLƏRİNİN VƏ GİRİŞ NÖMRƏ NİŞANLARININ QURAŞDIRILMASI YEKUNLAŞIB
11.10.2021
Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olan ünvan reyestri məlumatları mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində və muxtar respublikanın əhalisi beş mindən yuxarı olan digər yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır.
Cari ilin 9 ayı ərzində Naxçıvan şəhəri üzrə 43 nəqliyyat infrastrukturu obyektində 5265 yeni, müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması işləri aparılmışdır. Layihənin həyata keçirildiyi gündən ümumilikdə Naxçıvan şəhərinin 1 prospekt, 71 küçə, 30 məhəllə və 1 kəndi olmaqla 103 nəqliyyat infrastrukturu obyektində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılmışdır.
PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
08.10.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ilə birgə payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Aparat rəhbəri Ayaz Cabbarov açaraq keçirilən tədbir işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı müəyyən olunmuş qaydalara əməl etməsi, yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə, dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara ətraflı məlumatlar verib.
